Azərbaycanın U-17 millisi seçmə mərhələdə ilk oyununa çıxır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

SİA xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Belçikanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Sloveniyanın Krşko şəhərində yerləşən “Matiya Qubets” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Matçı ukraynalı baş hakim Veronika Vasilçenko idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə