Azərbaycan Basketbol Liqasında XIX turun oyun cədvəli açıqlanıb.
SİA xəbər verir ki, turun qarşılaşmaları martın 12–15-i aralığında keçiriləcək.
Martın 12-də saat 19:00-da "Sumqayıt" komandası "Ordu"nu qəbul edəcək, eyni saatda "Naxçıvan" isə "Sərhədçi" ilə üz-üzə gələcək. Martın 13-də saat 15:00-da "Lənkəran" öz meydanında "Quba" ilə qarşılaşacaq.
Martın 14-də saat 14:00-da "Gəncə" – "Sabah", saat 17:00-da isə "Abşeron" – "Neftçi" görüşü baş tutacaq. Turun son matçı martın 15-də saat 17:00-da "NTD" ilə "Şəki" komandaları arasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB