"Qarabağ"dan altı qolluq DARMADAĞIN

Misli Premyer Liqasının XXIII turunda "Qarabağ" "Araz-Naxçıvan"la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "köhlən atlar" 6:0 hesablı qələbə qazanıb.

Qolları Joni Montiel (15 dəq, penalti), Leandro Andrade (33, 36), Kamilo Duran (64 dəq penalti, 89 dəq.) və Musa Qurbanlı (83) vurublar.

"Qarabağ" 49 xalla turnir cədəlinin ikinci pilləsində qərarlaşıb. "Araz-Naxçıvan" 33 xalla beşincidir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə