"Qarabağ" "Nyukasl"a uduzdu (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olub. Matçda "Nyukasl" 3:2 hesablı qələbə qazanıb.

Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, "Nyukasl" 9:3 hesablı üstünlüklə 1/8 finala yüksəlib. Uğurlu ÇL mövsümü keçirən Qurban Qurbanovun komandası isə turnirlə vidalaşıb.

Qeyd edək ki, "Nyukasl" 1/8 finalda "Çelsi" və ya "Barselona" ilə qarşılaşacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə