Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. SİA xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağıdır. Bakıda keçirilən ilk görüşdə ingilislər 6:1 hesablı qələbə qazanıblar.
Oyunu italiyalı Davide Massa idarə edir. “Nyukasl” - “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürüb.
UEFA Çempionlar Liqası
Pley-off, cavab görüşü
25 fevral
Komandalar matça aşağıdakı tərkibdə çıxıblar:
“Nyukasl”: Aaron Ramsdeyl, Kiran Trippyer (k), Sven Botman, Joelinton, Sandro Tonali, Harvi Barns, Uilyam Osula, Ceykob Mörfi, Nik Voltemade, Den Burn, Antoni Mörfi
Ehtiyat oyunçular: Nik Poup, Con Raddi, Harris, Hall, Vissa, Entoni Qordon, Elanqa, Co Uillok, Şahar, Niv
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bədavi Hüseynov (k), Kevin Medina, Elvin Cəfərquliyev, Dani Bolt, Pedro Bikalyo, Marko Yankoviç, Coni Montiel, Abdullah Zubir, Kamilo Duran
Ehtiyat oyunçular: Amin Ramazanov, Fabian Buntiç, Emmanuel Addai, Leandro Andrade, Kadi Borges, Aleksey Kaşuk, Musa Qurbanlı, Toral Bayramov, Abbas Hüseynov, Hikmət Cəbrayılzadə
00:05. “Nyukasl” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 2:0 (Birinci hissə)
Qollar: Sandro Tonali, 5 (1:0), Joelinton, 6 (2:0)
Hakimlər: Davide Massa, Filippo Meli, Stefano Alassio, Luka Paireto (İtaliya)
VAR: Daniele Kiffi (Almaniya)
AVAR: Kristian Dingert (Almaniya)
Nyukasl, “St. Ceyms Park”
İlk oyun - 6:1
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB