Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Stranca" beynəlxalq turnirinə qələbə ilə başlayıb.
Bu barədə SİA-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bilalhəbaşi Nəzərov (50 kq) 1/8 finalda Luis Runini (İrlandiya) sınağa çəkib. Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb – 4:1 (30:27, 30:27, 28:29, 29:28, 30:27). O, növbəti görüşünü fevralın 27-də Rudolf Qarboyana (Ermənistan) qarşı keçirəcək.
Məhəmmədəli Aşırəliyev (60 kq) də turnirə qələbə ilə başlayıb. O, 1/16 finalda Mişel Baldassini (İtaliya) 3:2 (30:27, 29:28, 28:29, 30:27, 28:29) hesabı ilə məğlub edib. Azərbaycan çempionu növbəti qarşılaşmasında Yazal Hussam Seyfellə (Misir) üz-üzə gələcək. Döyüş fevralın 25-də keçiriləcək.
Qeyd edək ki, yarışa martın 1-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB