UEFA Çempionlar Liqasında VAR sistemindən istifadə qaydalarına dəyişiklik edilib. UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rozettinin rəsmi açıqlamasına görə, video-köməkçi hakim sistemi bundan sonra daha seçici şəkildə, yalnız aşkar və bariz səhvlər zamanı tətbiq olunacaq.
Rozettinin sözlərinə görə, mübahisəli və ya sərhəd xarakterli epizodların dərin analizi üçün sistemə müraciət edilməməlidir. Oyundakı həddindən artıq fasilələr və tez-tez müdaxilələr futbolun tempinə mənfi təsir göstərir.
Yeni təlimatlara əsasən, hakimlərə simulyasiya və əllə oyun epizodlarını daha diqqətlə qiymətləndirmək tapşırılıb. Xüsusilə, hər təmas üçün avtomatik cəza vermək əvəzinə, oyunçunun niyyəti, əllərin təbii vəziyyəti və epizodun ümumi konteksti nəzərə alınmalıdır. Əgər bu yeniliklər Çempionlar Liqası matçlarının keyfiyyətinə və sürətinə müsbət təsir edərsə, analoji yanaşma UEFA-nın digər turnirlərində - Avropa Liqası və Konfrans Liqasında da tətbiq edilə bilər.
Qeyd edək ki, UEFA bu addımı oyunun axıcılığını qorumaq və VAR ətrafındakı müzakirələri azaltmaq məqsədilə atıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB