Azərbaycan Basketbol Liqasında bugünkü oyunun saatı dəyişdirilib

Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Lənkəran" - "Sərhədçi" oyununun başlama saatı dəyişdirilib.

Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 15:00-da yox, 17:00-da start götürəcək. Buna əlverişsiz hava şəraiti ilə əlaqədar hakim briqadası və qonaq komandanın məkana gecikməsi səbəb olub.

Qeyd edək ki, qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə