Azərbaycan Basketbol Liqasının XVII turunda bu gün keçirilməsi planlaşdırılan "Lənkəran" - "Sərhədçi" oyununun başlama saatı dəyişdirilib.
Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi saat 15:00-da yox, 17:00-da start götürəcək. Buna əlverişsiz hava şəraiti ilə əlaqədar hakim briqadası və qonaq komandanın məkana gecikməsi səbəb olub.
Qeyd edək ki, qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunacaq.