Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələr müəyyənləşib

Bakıda keçiriləcək Dünya Kubokuna qatılacaq ölkələr müəyyənləşib

Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy"də iştirak edəcək ölkələr müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar mübarizə aparacaqlar.

Gimnastlar fərdi və sinxron proqramlar üzrə yarışacaqlar.

Qeyd edək ki, turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə