Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy"də iştirak edəcək ölkələr müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar mübarizə aparacaqlar.
Gimnastlar fərdi və sinxron proqramlar üzrə yarışacaqlar.
Qeyd edək ki, turnir fevralın 21-22-də Milli Gimnastika Arenasında təşkil olunacaq.