21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Qurban Səfərov "Mingəçevir" klubundan ayrılıb.
SİA xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qurban Səfərov hazırda U-21-in təlim-məşq toplanışında iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB