Azərbaycan millisinin futbolçusu klubundan ayrılıb

16 Yanvar 2026 11:34 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Qurban Səfərov "Mingəçevir" klubundan ayrılıb.

SİA xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qurban Səfərov hazırda U-21-in təlim-məşq toplanışında iştirak edir.