“Qarabağ” təxirə salınmış oyunda “Sabah”ın qonağı olacaq - Misli Premyer Liqası

Bu gün Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçiriləcək.

SİA xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

“Bank Respublika Arena”da təşkil olunacaq matç saat 19:30-da başlayacaq. Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Hazırda Ağdam təmsilçisi 33 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 31 xalla ikinci pillədə yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə