Bu gün Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçiriləcək.
SİA xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.
“Bank Respublika Arena”da təşkil olunacaq matç saat 19:30-da başlayacaq. Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
Hazırda Ağdam təmsilçisi 33 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 31 xalla ikinci pillədə yer alıb.