Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında VII turdan təxirə salınmış matç keçiriləcək.

SİA-nın məlumatına görə, "Şəki" evdə "Neftçi" ilə qarşılaşacaq.

A qrupunun görüşü Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Neftçi" qrupda 4-cü, "Şəki" isə 5-ci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə