Premyer Liqa: “Neftçi” xal itirib

Futbol üzrə Misli Premyer Liqasında XV tura yekun vurulub.

SİA xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

“İmişli” “Karvan-Yevlax”la heç-heçə edib - 1:1.

“Neftçi” isə doğma meydanda “Sumqayıt”la bərabərə qalıb - 2:2.

Qonaqlar 27 xalla 4-cü, meydan sahibləri isə 17 xalla 8-ci pillədə qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”yə 2:1, “Sabah” “Turan Tovuz”a 3:1, “Kəpəz” “Qəbələ”yə 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə