"Barselona"ya 10 milyard avroya təklif olunur...

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman "Barselona"nı almaqda maraqlı olduğunu bildirib.

SİA xəbər verir ki, "El Chiringuito"nun jurnalisti Fransua Qallardo bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

Məhəmməd bin Salman tezliklə alış təklifi verməyə hazırlaşır. Müqavilənin dəyəri 10 milyard avro ola bilər.

Qallardo qeyd edir ki, prezident seçkilərində iştirak edən və idarəetmə məsələlərində söz sahibi olan klub üzvləri olan "Socios" "Blaugrana"nın satışının qarşısını ala bilər.

"Goal"a görə, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) "Barselona"nın alışını maliyyələşdirə bilər. Klubun hazırda 2,5 milyard avro borcu var.

Məhəmməd bin Salman Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) rəhbəridir.

2021-ci ildə fond İngiltərənin "Nyukasl Yunayted" klubunu satın alıb.

Vəliəhd şahzadə klubun nominal sahibi olub.

Xatırladaq ki, "Barselona" 1899-cu ildə təsis edilib və İspaniyanın ən uğurlu klubudur. "Forbes"ə görə, "Barselona" dünyanın ən bahalı beş futbol klubundan biridir və onun dəyəri 5,6 milyard dollardır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə