Regionlardan olan cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib

Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə regionlardan olan yeniyetmə cüdoçular üçün anti-dopinq mövzusunda maarifləndirici seminar keçirilib. SİA xəbər verir ki, bu barədə ACF-dən məlumat verilub.

Seminarın məqsədi idmançılar arasında təmiz və ədalətli idman dəyərlərinin təşviqi, dopinqin fəsadları barədə məlumatlılığın artırılması olub.

Tədbirdə beynəlxalq yarışlarda tətbiq olunan anti-dopinq qaydaları, bəzi dərman vasitələrinin tərkibində dopinq elementlərinin ola bilməsi, eləcə də dopinqlə mübarizədə həkim–idmançı–məşqçi əməkdaşlığının vacibliyi barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə