İran və Misirin FIFA-dan tələbi...

...İran və Misir futbol federasiyaları FIFA-ya məktub göndərərək, 2026-cı il Dünya Kuboku zamanı iki ölkənin milli komandaları arasında keçiriləcək matçda LGBT tərəfdarı mitinqin ləğv edilməsini tələb ediblər.

SİA xəbər verir ki, RBC-nin məlumatına görə, təxribat Sietl Dünya Kuboku Təşkilat Komitəsi tərəfindən planlaşdırılıb.
LGBT tərəfdarı mitinqin 26 iyunda Lumen Field stadionunda keçirilməsi planlaşdırılır. Turnirin püşkatmasından sonra İran və Misirin həmin gün orada oynayacağı açıqlanıb.

...Misir Futbol Assosiasiyası FIFA-ya rəsmi məktub göndərərək Misir-İran matçı zamanı homoseksuallığın dəstəklənməsi ilə bağlı hər hansı bir tədbiri qəti şəkildə rədd edib. Federasiya, xüsusən də ərəb və İslam cəmiyyətlərində regionun mədəni, dini və sosial dəyərlərinə birbaşa zidd olan bu cür hərəkətləri tamamilə rədd edir, - təşkilat bildirib.

Oxşar müraciət FIFA-ya İran Futbol Federasiyası tərəfindən də göndərilib və onun prezidenti Mehdi Tac bu addımı "müəyyən bir qrupa lehinə əsassız davranış" kimi qınayıb.

Qeyd edək ki, Dünya Kuboku 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

İlk dəfə olaraq 48 komanda iştirak edəcək və final Nyu-Cersi ştatındakı MetLife Stadionunda keçiriləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə