Ukraynalı mütəxəssis Yuri Vernidub “Neftçi” ilə danışıqlar apardığı barədə yayılan xəbərlərə münasibət bildirib.
SİA xəbər verir ki, 59 yaşlı çalışdırıcı bu barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
O, Bakı klubu ilə danışıqlar faktını nə təsdiq, nə də təkzib edib: “Heç nə deməyəcəyəm, ümumiyyətlə, danışmaq istəmirəm. Çünki bu, əsassızdır. Heç vaxt əvvəlcədən nəsə deməməlisən".
Qeyd edək ki, Yuri Vernidub Samir Abasovun istefasından sonra "Neftçi"də baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB