“Zirə” ikinci hissədə vurduğu qollarla “Kəpəz”i məğlub edib

Futbol üzrə Misli Premyer Liqasında XIII tura start verilib. SİA xəbər verir ki, turun açılış matçı Yevlax şəhər stadionunda “Kəpəz” və “Zirə” komandaları arasında olub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 62-ci dəqiqədə Leroy Mikels akrobatik zərbə ilə hesabı açıb. Son nöqtəni 84-cü dəqiqədə İssa Cibrilla qoyub.

Hazırda Bakı klubu 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 6 xalı olan Gəncə təmsilçisi 10-cudur.

Günün son oyununda “Turan Tovuz” öz meydanında “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:30-da başlayacaq.

Qeyd edək ki, turun digər oyunları noyabrın 29-30-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə