Fransanın PSJ klubu UEFA Çempionlar Liqasında (ÇL) tarixi göstəriciyə imza atıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Paris təmsilçisi qitənin ən nüfuzlu klub turnirində bir il ərzində ən çox qələbə qazanan komanda olub.
Son olaraq ötən gün V tur çərçivəsində öz meydanında İngiltərənin “Tottenhem” komandasını 5:3 hesabı ilə məğlub edən Fransa çempionu 2025-ci ildə ÇL-də ümumilikdə 13-cü dəfə qalibiyyət sevinci yaşayıb.
Əvvəlki rekord İspaniyanın “Real Madrid və Almaniyanın “Bavariya” klublarına məxsus olub. Münhen təmsilçisi 2001-ci, “kral klubu” isə 2014-cü ildə 12 qələbə əldə edib.
PSJ, həmçinin Çempionlar Liqasında İngiltərə klubuna qarşı matçda beş qol vuran ilk Fransa komandası kimi tarixə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB