Azərbaycan basketbol millisi bu gün seçmə mərhələdə ilk oyununu keçirəcək

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxacaq. SİA xəbər verir ki, A qrupunda yer alan yığma səfərdə Şimali Makedoniya komandası ilə qarşılaşacaq.

Skopyedə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu noyabrın 30-da Bakıda Lüksemburqa qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə