"Qarabağ" V turdan sonra bir nominasiyada ilk "3-lük"də yer alıb

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş oyununda rəqiblərdən top almağa görə üçüncü pillədə qərarlaşıb. SİA-nın məlumatına görə, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 227 dəfə buna nail olublar.

İspaniyanın "Atletik" (257) komandası bu nominasiyada birinci, Belçikanın "Yunion" (246) kollektivi ikincidir.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"yə uduzub - 0:2. "Köhlən atlar" hazırda turnir cədvəlində 7 xalla 19-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə