"Meydançada İtaliya və Azərbaycan komandaları arasında heç bir fərq görünmürdü" - ŞƏRH EDİLDİ

"Qarabağ"ın dünənki oyununun çətin keçəcəyi bilinirdi. Rəqibə bu oyun 6 xallıq bir oyun kimi baxılırdı". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, o baxımdan onlar üçün qələbə mütləq vacib idi: "Gözlənilirdi ki, onlar ilk dəqiqədən təzyiq edəcəklər. Amma əksinə, biz "Qarabağ"ın ilk hissədə inamlı oyununu gördük. Rəqibə çalışırdılar ki, təzyiq göstərsinlər, onları meydançadan çıxmağa qoymurdular. Bu da alındı. Yəni, ilk hissəni Qarabağ çox yüksək səviyyədə keçirdi. Amma ikinci hissədə fərqli bir oyun gördük. Rəqib sürət artırdı, etdiyi əvəzetmələr də təsir etdi. Mən düşünürəm ki, əsas məqamlardan biri də Medinanın oyundan çıxması idi. Bu, haradasa müdafiədə disbalans yaratdı və "Napoli" bundan istifadə etdi.

Ümumi götürsək, məğlub olmağa baxmayaraq, "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. Koxalskinin böyük əməyi var idi dünənki oyunda. Amma bütövlükdə komanda şəklində "Qarabağ" taktiki baxımdan çox savadlı oyun oynadı. Bu baxımdan, məncə, "Qarabağ" layiqli oyun göstərdi. Yəni meydançada İtaliya və Azərbaycan komandaları arasında heç bir fərq görünmürdü".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə