UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib. Azərbaycan çempionu “Qarabağ” səfərdə “Napoli”nin qonağı olub. Matçı tanınmış polşalı referi Şimon Marçinyak idarə edib. Qarşılaşma İtaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib
4 turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3).
“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur. Neapol təmsilçisi səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub. Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
"Qarabağ" - "Napoli" 0-2
Qollar: Skot Maktominey, 66, Marko Yankoviç, 72-avtoqol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB