Çempionlar Liqası: "Qalatasaray" və "Ayaks"dan məğlubiyyət

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib. Artıq iki oyuna yekun vurulub. “Qalatasaray” İstanbulda “Yunion”u (Belçika) qəbul edib və 0:1 hesabı ilə uduzub. Yeganə qolu 57-ci dəqiqədə Promis Devid vurub.

Digər matçda “Ayaks” (Niderland) evdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. Matç portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb (qollar: Samuel Dal, 6, Leandro Barreyro, 90).

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə