Futbol üzrə Misli Premyer Liqasında "Zəfər turu"na start verilib

Futbol üzrə Misli Premyer Liqasında "Zəfər turu"na start verilib.

SİA xəbər verir ki, ilk olaraq meydana "Şamaxı" və "İmişli" komandaları çıxıb. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şamaxı” 13 xalla 8-ci, qonaqlar isə 12 xalla 9-cu sırada qərarlaşıb.

Günün ikinci oyununda isə "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə