Futbol üzrə Misli Premyer Liqasında "Zəfər turu"na start verilib.
SİA xəbər verir ki, ilk olaraq meydana "Şamaxı" və "İmişli" komandaları çıxıb. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şamaxı” 13 xalla 8-ci, qonaqlar isə 12 xalla 9-cu sırada qərarlaşıb.
Günün ikinci oyununda isə "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.