"Sumqayıt" "Sabah"ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən bildirilib. Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Fuad "Sabah"ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda "Naxçıvan" klubunun heyətində meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə