"Sumqayıt" "Sabah"ın sabiq basketbolçusunu transfer edib

16 Oktyabr 2025 12:31 (UTC+04:00)

"Sumqayıt" "Sabah"ın sabiq basketbolçusu Fuad Niftəliyevi transfer edib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən bildirilib. Təcrübəli oyun qurucusu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Fuad "Sabah"ın heyətində 2 dəfə Azərbaycan çempionu olub. O, mövsümün ilk iki oyununda "Naxçıvan" klubunun heyətində meydana çıxıb.