Azərbaycanın həndbol klubu hər iki avrokubok oyununu səfərdə keçirəcək

Azərbaycanın həndbol klubu hər iki avrokubok oyununu səfərdə keçirəcək

Kişi həndbolçulardan ibarət “Bakı” komandası Avropa Kubokunun II təsnifat mərhələsində hər iki oyununa səfərdə çıxacaq. Azərbaycan Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, rəqib Şimali Makedoniyanın “Oxrid” komandasıdır.

Oktyabrın 11-dəki ilk matçda “Bakı”, ertəsi gün isə “Oxrid” meydan sahibi olacaq.

“Bilyanini İzvori” İdman Kompleksində keçiriləcək qarşılaşmalar Bakı vaxtilə saat 20:00-a təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə