Kişi həndbolçulardan ibarət “Bakı” komandası Avropa Kubokunun II təsnifat mərhələsində hər iki oyununa səfərdə çıxacaq. Azərbaycan Həndbol Federasiyasından SİA-ya verilən məlumata görə, rəqib Şimali Makedoniyanın “Oxrid” komandasıdır.
Oktyabrın 11-dəki ilk matçda “Bakı”, ertəsi gün isə “Oxrid” meydan sahibi olacaq.
“Bilyanini İzvori” İdman Kompleksində keçiriləcək qarşılaşmalar Bakı vaxtilə saat 20:00-a təyin olunub.