Şpaqa üzrə Azərbaycan millisi III MDB Oyunlarında gümüş medal qazanıb

Şpaqa üzrə Azərbaycan millisi III MDB Oyunlarında gümüş medal qazanıb

Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında final görüşünü keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yığma həlledici qarşılaşmada Rusiya seçməsi ilə üz-üzə gəlib.

Rəqibinə 35:45 hesabı ilə uduzan milli komandamız gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Özbəkistanı 42:37 hesabı ilə üstələmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə