Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında final görüşünü keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yığma həlledici qarşılaşmada Rusiya seçməsi ilə üz-üzə gəlib.
Rəqibinə 35:45 hesabı ilə uduzan milli komandamız gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Özbəkistanı 42:37 hesabı ilə üstələmişdi.