Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. AFFA-dan SİA-ya verilən məlumata görə, əsas yığma dünən "Liv Bona Dea Arena"da ilk məşqinə çıxıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə