Azərbaycan millisi Fransa və Ukrayna ilə oyunların hazırlığına başlayıb - FOTOLAR

7 Oktyabr 2025 10:14 (UTC+04:00)

Futbol üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. AFFA-dan SİA-ya verilən məlumata görə, əsas yığma dünən "Liv Bona Dea Arena"da ilk məşqinə çıxıb.

Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.