21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. SİA xəbər verir ki, B qrupunda yer alan komanda Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə