Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Bolqarıstanı sınağa çəkəcək

9 Sentyabr 2025 10:56 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq. SİA xəbər verir ki, B qrupunda yer alan komanda Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzub.