"Barselona"nın prezidenti Xuan Laporta yeni transferlər - qapıçı Joan Qarsiyanın və hücumçu Markus Reşfordun İspaniya çempionatının ilk turunda "Mayorka"ya qarşı oyunda iştirak edə biləcəyini təsdiqləyib.
SİA-nın verdiyi məlumata görə, Laporta "Mundo Deportivo"ya açıqlamasında bildirib: "Əgər baş məşqçi Hansı Flik istəsə, Joan Qarsiya və Reşford oynaya bilərlər".
Kataloniya klubu hər iki futbolçunun qeydiyyatı üçün zəruri prosedurları tamamlayıb və hazırda La Liqadan yekun təsdiqi gözləyir.
Qeyd edək ki, "Barselona" 2025/26 mövsümündə müraciət prosesi ilə bağlı audit səbəbindən çətinliklərlə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə