Azərbaycanlı hakim Avropa çempionatında görüş idarə edəcək

Azərbaycanın basketbol hakimi Ələkbər Həsənov FIBA-nın bayrağı altında keçirilən beynəlxalq yarışlarda bu gün ədalət təmsilçisi kimi son oyununa çıxacaq. Bu barədə SİA-ya Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

O, Gürcüstanda təşkil olunan 16 yaşadək oğlanlar arasında Avropa Çempionatında üçüncü yer uğrunda görüşü idarə edəcək.

Sloveniya - İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə