İtaliyanın "Roma" klubu futbolçusu Kuadio Kone üçün "İnter"in göndərdiyi təklifi rədd edib. SİA-nın verdiyi məlumata görə, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Paytaxt təmsilçisi 24 yaşlı yarımmüdafiəçini satmaq istəmədiyini bildirib. Baş məşqçi Can Pyero Qasperi onu komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Kuadio Kone 2024-cü ildən "Roma"nın formasını geyinir.
Bütün xəbərlər Facebook səhifəmizdə