“İmişli” “Turan-Tovuz”a, “Neftçi” “Şamaxı”ya qarşı

Azərbaycan Premyer Liqasında 1-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

“Turan-Tovuz” Şamaxıda “İmişli”nin qonağı olacaq. “Neftçi” isə doğma meydanda “Şamaxı”nı qəbul edəcək.

Qeyd edək ki, tura avqustun 19-da yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

I tur

16 avqust (şənbə)

17:00. “İmişli” - “Turan Tovuz”

Şamaxı şəhər stadionu

20:00. “Neftçi” - “Şamaxı”

“Neftçi Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə