Sanço qərarını verdi

"Mançester Yunayted”in vingeri Ceydon Sanço “Roma”ya keçid üçün razılıq verib. SİA xəbər verir ki, indi klubların yalnız transfer məbləği barədə razılığa gəlməsi qalıb. “Corriere dello Sport”un məlumatına görə, ingilis futbolçu İtaliya klubunun mövsüm üzrə təxminən 5–6 milyon avro maaş və bonuslarla bağlı təklifi qəbul edib. “Roma” transferi icarə əsasında reallaşdıracaq. Lakin müqavilədə 23 milyon avroluq satınalma maddəsi də yer alıb. Keçidin reallaşması üçün “qırmızı şeytanlar” əvvəlcə futbolçunun müqaviləsini bir il uzatmalıdır, çünki onun hazırkı sözləşməsi cari mövsümünün sonunda başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə