Azərbaycan gimnastları Dünya Oyunlarında gümüş medal qazanıblar

Azərbaycanın aerobika gimnastikası üzrə millisi Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında mükafatçılar sırasına düşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət qarışıq cüt 19.750 xalla gümüş medal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə