İtaliyanın "Milan" klubu yeni futbolçu transferini açıqlayıb. SİA xəbər verir ki, bu barədə Seriya A təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Yanq Boys"da çıxış edən İsveçrənin U-21 millisinin üzvü Zakari Atekame heyətə cəlb edilib. 20 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Zakari Atekame ötən mövsüm "Yanq Boys"un heyətində meydana çıxdığı 43 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə