Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” III təsnifat mərhələsində cavab oyununa çıxıb. SİA xəbər verir ki, komanda Kiprdə “Omoniya”nın qonağı olub.
Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə də (4:0) qalib gələn “Omoniya” adını pley-off mərhələsinə yazdırıb, Naxçıvan təmsilçisi isə turnirlə vidalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə