Maliyyə problemlərinə görə “Ayaççio” klubu 2025/2026 mövsümündə Liqa 2-də iştirakçılar sırasından kənarlaşdırılıb. SİA xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) rəsmi saytında məlumat verilib. Fransa Futbol Klublarına Nəzarət və İdarəetmə Milli Direksiyasının (DNCG) qərarına əsasən, Korsika təmsilçisi yeni mövsümdə milli turnirlərdə çıxış etməyəcək. Liqa 2-nin ötən mövsümündə “Ayaççio” turnir cədvəlində 12-ci yeri tutub. Tarixi ərzində klub Liqa 2-ni iki dəfə, üçüncü divizion çempionatını isə bir dəfə qazanıb. Komanda son dəfə Fransa çempionatının ən yüksək divizionunda 2022/2023 mövsümündə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə