Peşəkar Futbol Liqası (PFL) II Liqada çıxış edəcək klublara dəstək olur. Qurumdan SİA-ya verilən məlumata görə, komandaların maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir komandaya 2025/2026 mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
Yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.
Bütün xəbərlər Facebook səhifəmizdə